Buta Ukrayna

İnformasiya portalı

22 yaşlı biznesmen İngiltərə klubunu alıb

İngiltərənin “Sanderlend” klubunun yeni sahibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ölkənin ən yaxşı üçüncü liqasında çıxış edən klub 22 yaşlı milyarder Kirill Lui-Dreyfusa satılıb.

Rusiya əsilli biznesmen “Sanderlend”in səhmlərini Styuart Donalddan alıb. Müqavilə İngiltərə Futbol Liqasının təsdiqini gözləyir.

Kirill Lui-Dreyfus “Adidas” firmasının sabiq baş direktoru Robert Lui-Dreyfusun üç oğlundan biridir. 2009-cu ildə vəfat edən Robertin sərvəti 2 milyard avrodan çox idi. Sankt-Peterburqda anadan olan Kirillin anası Marqarita Dreyfusun sərvəti ötən ay 5,6 milyard avro dəyərində qiymətləndirilib.