ABŞ hərbi gəmisi Qara dəniz sularına daxil oldu

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlarla təciz edilmiş «Donald Cook DDG-75» hərbi gəmisi Qara dəniz sularına daxil olub.
Rusiya Qara Dəniz Donanmasına məxsus döyüş gəmiləri Amerika gəmisini uzaqdan nəzarətə götürüb.
«Donald Cook»-un əsas silahı 2500 km uçuşa malik, nüvə başlığı daşıyan qanadlı raketlərdir.
Vəziyyətdən asılı olaraq gəmiyə 56 və ya 96 belə raket yerləşdirmək mümkündür.