ABŞ-ın “beyin mərkəzi”: “Qarabağ müharibəsi Türkiyəni Qafqazda regional güc kimi bərqərar etdi”

Ceymstaun Fondu: “Özünün hərəkətsizliyi və səhv davranışı nəticəsində Qərbin bölgədəki təsiri azaldı”
“İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra (27 sentyabr-9 noyabr) Azərbaycan milli zəfərini yaşayır, Ermənistan isə dəyən travmadan özünə gələ bilmir. Rusiya bundan geosiyasi faydalar qazanıb, Qərb diplomatiyası isə növbəti dəfə iflasa uğrayıb və Türkiyə Güney Qafqazda regional güc olaraq bərqərar olub”.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ-dakı “beyin mərkəz”lərindən olan Ceymstaun Fondunun (Jamestown Foundation) analitikləri yazır.
“Azərbaycanın hərbi qələbəsinin əhəmiyyəti döyüş meydanındakı nailiyyətləri çox-çox üstələyir. Bu, artıq Azərbaycanın tamamilə konsolidə edilmiş, uğurla modernləşmiş bir dövlətə çevrildiyi deməkdir. Bu xüsusda o, Ermənistanın uğursuz modernləşməsi ilə təzad təşkil edir. Azərbaycanın neft və təbii qaz ehtiyatlarını tədarük etmək və ixrac istiqamətlərinə yönəlmək baxımından oriyentasiyası hərbi modernləşmə də daxil olmaqla, onun çiçəklənməsinin iqtisadi təməlini qoydu və bu da hərbi zəfəri mümkün etdi”, — deyə məqalədə qeyd olunur.