ABŞ paytaxtındakı iğtişaşlara görə 68 nəfər saxlanılıb

Vaşinqtondakı kütləvi iğtişaşlarla əlaqədar 68 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Bunu mətbuat konfransında paytaxt polisinin rəhbəri Robert Konti açıqlayıb.
“68 nəfər saxlanıldı. Həbs olunanlar arasında 60 kişi və 8 qadın var. Söhbət yanvarın 6-sı gecə və 7-si səhər saatlarında həyata keçirilən həbslərdən gedir”, — Konti belə deyib.