“Amfibiya adam” dünyasını dəyişdi

Rusiyanın Xalq artisti Vladimir Korenev 81 yaşında dünyasını dəyişib.
Bu barədə Stanislavski adına Elektroteatrın direktoru İrina Zolina bildirib.
Korenev sovet tamaşaçısına daha çox «Amfibiya adam» filmi ilə tanışdır. Filmin bəzi səhnələri Bakıda çəkilib.