Buta Ukrayna

İnformasiya portalı

Arveladze çempion etdiyi “Paxtakor”dan istefa verdi

Özbəkistanın “Paxtakor” klubunun baş məşqçisi Şota Arveladze istefa verib.

Bu barədə 47 yaşlı mütəxəssis sosial şəbəkə hesabında paylaşım edib.

Gürcü məşqçi 3 ildən sonra ayrılmaq qərarına gəldiyini yazıb: “Mənim üçün həyəcanlı, gözəl və uğurlu dövr idi. Bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, 2017-ci ildən “Paxtakor”da işləyən Şota Arzeladze 2019 və 2020 mövsümündə Özbəkistan Super Liqasının qalibi olub. O, daha əvvəl Niderlandda “Alkmaar”, Türkiyədə “Kayserispor”, “Kasımpaşa” və “Trabzonspor”a rəhbərlik edib.