Buta Ukrayna

İnformasiya portalı

Azərbaycan idmançısı ikiqat olimpiya çempionunun akademiyasına keçdi

Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun akademiyasında məşq edir.

«Report»un məlumatına görə, bu barədə akademiyanın instaqram səhifəsində bildirilir.

19 yaşlı idmançı daha əvvəl Aleksey Çetveruxin və Vladimir Kotinin rəhbərliyi altında çalışıb. İndi o, məşqçi Sergey Rozanovun qrupunda məşq edir. Rozanov 2020-ci ilin mayında Eteri Tutberidzenin qrupundan Plyuşenkonun akademiyasına keçib.

Qeyd edək ki, Vladimir Litvintsev Avropa və dünya çempionatlarında yarışıb. O, 2018-ci ildə «Volvo Open Cup» turnirinin qalibi olub. Moskvadakı son Qran-pridə Litvintsev 9-cu yeri tutub. Gənc fiqurlu konkisürən Rusiya paytaxtında doğulsa da, beynəlxalq yarışlarda heç vaxt bu ölkəni təmsil etməyib.

Cari mövsümün startı ərəfəsində və mövsüm ərzində Plyuşenko akademiyasına Eteri Tutberidzenin bir neçə keçmiş yetirməsi cəlb olunub. Onların arasında ən böyük rezonans doğuranları Aleksandra Trusova və Alyona Kostornoyanın keçidləri olub.