Buta Ukrayna

İnformasiya portalı

Azərbaycan millisinin qapıçısı rəsmən Fransa klubunda

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının sabiq qapıçısı Eldar Tağızadə Fransanın «Klermon» klubuna transfer olunub.

18 yaşlı qolkiper yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb.

Tağızadə 1 ilə yaxındı Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi. Müqavilə bağlamaqla o, «Klermon»un ikinci və U-19 komandasında forma geyinmə fürsəti qazanıb.

Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda «Neftçi»nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada «Fundacion Marcet» futbol akademiyasında oynayıb.