Buta Ukrayna

İnformasiya portalı

Azərbaycan qazı İtaliyaya çatdı

Trans-Adriatik Təbii Qaz Boru Kəmərinin (TAP) fəaliyyətə keçməsi ilə Azərbaycan qazı İtaliyaya çatıb.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Azərbaycan qazı TAP-ın işə düşməsi ilə İtaliyaya çatdı.Cənub Qaz Dəhlizi istifadəyə verildi. Ölkəmizin Avropanın qalan hissəsinin enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfədə yeni bir səhifə açıldı”,- deyə XİN-in tvitter səhifəsində bildirilib.