Azərbaycanlı məşqçi rəsmən Moskva ÇSKA-sında

Rusiyanın ÇSKA komandasının qapıçılarla iş üzrə məşqçi vəzifəsinə Dmitri Kramarenko təyin olunub.
46 yaşlı mütəxəssis kollektivlə birgə bu gün İspaniyanın Kampoamor kəndinə təlim-məşq toplanışına yollanıb.
Kramarenko yeni vəzifədə Sergey Ovçinnikovu əvəzləyib. Ovçinnikov 2020-ci il dekabrın sonlarında digər məşqçi Viktor Onopko ilə birgə «hərbçilər»i tərk edib.
Qeyd edək ki, Dmitri Kramarenko 2002-2003-cü illərdə ÇSKA-nın formasını geyinib. O, karyerasını başa vurduqdan sonra klubun akademiyasında çalışıb. 2020-ci ildən isə Kramarenko Azərbaycan millisində qapıçılarla iş üzrə məşqçi kimi çalışıb. Mərhum qapıçı Sergey Kramarenkonun oğlu «Neftçi», «Karvan», «Xəzər Lənkəran», «İnter» və «Simurq»dan əlavə, Azərbaycan millisinin də formasını geyinib.