Buta Ukrayna

İnformasiya portalı

«Barselona» ulduz müdafiəçidən vaz keçdi — SƏBƏB

«Bavariya»dan ayrılacağı gözlənilən David Alaba «Barselona»ya keçməyəcək.

28 yaşlı müdafiəçini heyətə qatmaq istəyən Kataloniya klubunun rəsmiləri onun agenti Pini Zahavi ilə danışandan sonra fikrindən daşınıb. Zahavinin ortaya qoyduğu şərtlər «Barsa»nı qane etmədiyindən danışıqlar dayandırılıb.

Qeyd edək ki, Alabanın adı «Real», «Mançester Yunayted»lə də yanaşı çəkilir.