Buta Ukrayna

İnformasiya portalı

Bayden hakimiyyətin ona ötürülməsində yaradılan maneələrdən şikayət etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden hakimiyyətin ona ötürülməsi zamanı Pentaqon tərəfindən yaradılan maneələrdən şikayətlənib.

Bu barədə “Report” «RİA Novosti»yə istinadən xəbər verir.

«Bəzi nazirliklərdə bizə kömək edirdilər, amma bəzilərində — bu, ən çox Müdafiə Nazirliyində ortaya çıxdı — siyasi rəhbərlik tərəfindən bizə əngəl yaradırdılar», — siyasətçi bildirib.

Bayden təhlükəsizlik baxımından önəmli olan bir çox idarələrin mövcud rəhbərlik dövründə «ciddi ziyana» məruz qaldığını əlavə edib.