Baydenin inauqurasiya mərasimində yenilik

Democratic presidential candidate former Vice President Joe Biden speaks Wednesday, Nov. 4, 2020, in Wilmington, Del. (AP Photo/Carolyn Kaster)
ABŞ-ın yeni seçilmiş Prezidenti — demokrat Cozef Baydenin andiçmə mərasimi yanvarın 20-də qısaldılmış formatda və sosial məsafə qaydalarına uyğun olaraq keçiriləcək.
Bu barədə Senat və ABŞ Konqresinin Nümayəndələr Palatasının andiçmə mərasimləri üzrə birgə komitəsinin yayımlanan bəyanatında bildirilib.
Qeyd olunub ki, koronavirus pandemiyası səbəbindən təşkilatçılar yeni Prezidentin andiçmə mərasimi münasibətilə paradın keçirilməməsi qərarına gəliblər. Bunun əvəzində televiziya şirkətləri musiqiçilər, rəqqasələr və digər sənətçilərin yer alacağı paradı videoformatda yayımlayacaqlar.
İnauqurasiya mərasimindən sonra Bayden və ABŞ-ın vitse-prezidenti seçilən Kamala Harris “Capitol” təpəsində qoşunların yürüşünü izləyəcəklər. ABŞ Silahlı Qüvvələrinin bütün növlərinin nümayəndələrinin sosial məsafə normalarına uyğun olaraq onların qarşısından keçəcək. Bundan sonra hərbçilər Baydeni Ağ Evədək müşayiət edəcəklər.