Buta Ukrayna

İnformasiya portalı

Baydenin inauqurasiyasında bu ulduzlar da yer alacaq

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Baydenin andiçmə mərasimində çıxış edəcək ulduzların siyahısı açıqlanıb.

Dövlət himnini ifa edəcək Ledi Qaqa və konsertdə şou göstərəcək Cennifer Lopezdən sonra gecənin aparıcısının kimliyi, eləcə də digər sənətçilərin adları məlum olub.

Tədbiri Hollivud ulduzu, Amerikanın məşhur aktyoru Tom Xenks aparacaq. Proqramda musiqiçi Con Bon Covi, pop ulduzlar Castin Timberleyk və Demi Lovato da yer alacaq.

Qeyd edək ki, Co Baydenin inauqurasiya mərasimi yanvarın 20-də baş tutacaq.