Buta Ukrayna

İnformasiya portalı

Bir aydan çoxdur axtarılan şəhidin nəşi tapıldı (FOTOLAR)

İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Söhbət Əhmədli Qardaşxan Elxan oğlundan gedir. 1 aydan çoxdur axtarılan Qardaşxan sonuncu dəfə ailəsi ilə 30 oktyabrda – Şuşa döyüşləri zamanı əlaqə saxlayıb.

Lənkəranın Osaküçə kəndində anadan olan şəhid Bakıda dəfn olunub.

Qeyd edək ki, Əhmədli Qardaşxanın bu yaxınlarda övladı dünyaya gələcək.