Buta Ukrayna

İnformasiya portalı

Braziliyalı futbolçu dünyasını dəyişdi

Portuqaliyanın «Alverka” klubunun formasını geyinən braziliyalı yarımmüdafiəçi Aleks Apolinario dünyasını dəyişib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 25 yaşlı yarımmüdafiəçinin bu gün xəstəxanada keçindiyi diqqətə çatdırılıb. Onun ölümünə ürəktutması səbəb olub.

Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də 3-cü liqanın «Almeyrim»lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.