Britaniyada koronavirusla bağlı vəziyyət kəskinləşib

Böyük Britaniyada gündəlik yoluxma sayı 50 (45 533) minə yaxınlaşıb.
Son sutkada 1243 nəfər bu virusdan ölüb. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 164 051 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 83 203 nəfər təşkil edir. Bu günə qədər 58 milyon 297 min 536 nəfər test olunub.
Ölkənin səhiyyə orqanı vəziyyətin acınacaqlı olduğunu, xəstəxanalarda, morqlarda boş yerin olmadığını bildirib.
Qeyd edək ki, bugünkü yoluxma pandemiyanın başladığı dövrdən ən kəskin say hesab edilir.