Buta Ukrayna

İnformasiya portalı

Britaniyada rekord göstərici

Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 57 725 nəfər artıb. Bu barədə “TASS” xəbər verib.

Ardıcıl beş gündür ölkədə aşkarlanan yoluxmaların sayı 50 mindən çoxdur.

Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 445 nəfər COVID-19-un qurbanı olub.

Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 2 599 789 nəfər koronavirusa yoluxub, 74 570 xəstə isə vəfat edib.