Britaniyada rekord göstərici
Böyük Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord həddə – 60 916 nəfər artıb. Bu barədə “TASS” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Həmçinin qeyd olunur ki, son 24 saat ərzində ölkədə 830 nəfər COVID-19-un qurbanı olub.
Pandemiyanın başladığı vaxtdan indiyədək Britaniyada 2 774 479 nəfər koronavirusa yoluxub, 76 305 xəstə isə vəfat edib.
Yanvarın 5-dən İngiltərədə birinci qədər sərt üçüncü ümummilli karantin rejimi tətbiq olunur. Karantin Şotlandiyaya da şamil edilib.