Buta Ukrayna

İnformasiya portalı

Dəniz quldurlarının öldürdüyü azərbaycanlı — FOTO

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyəyə məxsus «M/V Mozart» yük gəmisi Nigeriya yaxınlığında dəniz quldurları tərəfindən hücuma məruz qalıb.

Hücum zamanı gəminin ikinci mühəndisi, azərbaycanlı Fərman İsmayılov qətlə yetirilib.

Azərbaycan-Türkiyə XİN başçıları arasında baş tutan telefon danışığı zamanı İsmayılovun nəşinin Vətənə gətiriləcəyi bildirilib.

İlkin məlumata görə proses sabah baş tutacaq.

Publika.az-a istinadən Fərman İsmayılovun fotosunu təqdim edirik: