Daha 3 erməni hərbçinin meyiti tapıldı

Qarabağ münaqişəsi zonasında aparılan axtarış işləri zamanı daha 3 erməni hərbçinin meyiti tapılıb.
Meyitlər Hadrut, Füzuli və Cəbrayılda aşkarlanıb.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235-ə yüksəlib.
Sözügedən istiqamətlərdə axtarış işləri davam etdirilir.