Daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasının assistenti, reanimatoloq-anestezioloq Həsən Şahverdiyev vəfat edib.
Bu barədə Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri Mircəlal Kazımi feysbukda məlumat verib.
O, H.Şahverdiyevin koronavirusdan dünyasını dəyişdiyini yazıb.