Buta Ukrayna

İnformasiya portalı

Dörd ölkədən Türkiyəyə aviareyslər dayandırılıb

«Koronavirusun mutasiyaya uğrayaraq İngiltərədə yoluxma sürətinin artdığı bildirilib».

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca «Twitter» səhifəsində yazıb.

O, 4 ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərarın verildiyini bildirib:

«Prezidentimizin təlimatı, Nəqliyyat və İnfrastruktur Nazirliyimizin koordinasiyası ilə Britaniya, Danimarka, Hollandiya və Cənubi Afrikadan ölkəmizə olan uçuşların müvəqqəti dayandırılmasına qərar verilib».