Dünyada peyvəndləmə ən çox Çində aparılıb

Dünyada koronavirusla mübarizə çərçivəsində peyvəndləmə davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, ölkələr içində ən çox peyvəndləmə Çində aparılıb. Belə ki, 9 milyon doza peyvənd insanlara vurulub.
Əhali sayına görə az olan ölkələrdən İsraildə də peyvəndləmə uğurlu tətbiq olunub. Ölkədə 100 nəfərə vurulan vaksin sayı 20 doza təşkil edir.