Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi — SİYAHI

Dünyanın ən bahalı futbolçularının siyahısı açıqlanıb.
Siyahını CİES futbol observatoriyası hazırlayıb.
Mərkəzin araşdırmalarına əsasən hazırda transfer qiyməti ən yüksək olan futbolçu Markus Reşforddu. «Mançester Yunayted”in hücumçusunun dəyəri 165,6 milyon avro qiymətləndirilir.
Dortmund «Borussiya”sının forvardı Erlinq Halandın transfer qiyməti 152 milyon avro hesablanıb və siyahıda ikincidi. O, «Liverpul”un müdafiəçisi Trent Aleksader-Arnoldu cəmi 400 min qabaqlayıb.
«Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeşin dəyəri 151,1 milyon avrodu. İlk «beşliy”i Killian Mbappe qapayır. PSJ-nin ulduzunun transfer qiyməti 149,4 milyona bərabərdi.