Buta Ukrayna

İnformasiya portalı

Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb

Hindistanda koronavirusa qarşı peyvəndləmənin ilk günündə 300 mindən çox şəxs peyvənd olunacaq.

Trend-in məlumatına görə, hökumət bu prosesi dünyanın ən kütləvi peyvəndləməsi adlandırıb.

Qeyd olunur ki, Hindistanın 28 ştatında 3 min peyvəndləmə məntəqəsi təşkil olunub. Bunların hər birində gündə 100 nəfər peyvənd olunacaq.

İlkin mərhələdə 30 milyon nəfərin peyvəndlənməsi planlaşdırılır.