Buta Ukrayna

İnformasiya portalı

İrəvandan Qarabağdakı itkilərlə bağlı yeni AÇIQLAMA

Yanvarın 1-nədək məhkəmə-tibb ekspertizası Qarabağkı müharibədə məhv edilmiş 3300 şəxsin meyiti ilə bağlı rəy verib.

Bununla bağlı erməni mediasına istinadək xəbər verir. Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, 27 sentyabrdan başlayan döyüşlərdən etibarən 1441 ölmüş şəxsdən genetik material nümunələri götürülüb. 871 nümunə ekspertizaya göndərilib. Bu müddətdə 438 meyitin şəsiyyəti müəyyən edilib ki, onlardan 66-sı son 10 gün ərzində dəqiqləşib.

Qeyd edək ki, Ermənistan hələlik əsir və itkin düşənlər, həmçinin ölənlərlə bağlı məlumatları tam açıqlamır. Üstəlik, Qarabağdakı separatçılar 2 yanvar 2021-ci il tarixinədək döyüş meydanından 1145 meyit topladıqlarını açıqlayıblar. Beləliklə, ümumilikdə indiyədək ermənilərin özləri 4445 nəfər itki verdiklərini etiraf ediblər.