Buta Ukrayna

İnformasiya portalı

İranda qar uçqunu: ölənlər və itkin düşənlər var

İranın Tehran əyalətində qar uçqunu olub.

“Anadolu” agentliyi İran Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının rəhbəri Mehdi Velipura istinadən bildirir ki, hadisə nəticəsində 6 nəfər ölüb.

Onun sözlərinə görə, ötən gecə Şemiranat rayonu ərazisinə qar yağıb və güclü çovğun qar uçqununa səbəb olub.

Azı 16 nəfərin itkin düşdüyü bildirilir.

Xilasedicilər axtarış işlərini davam etdirirlər.