İranda son sutkada 6 mindən çox yoluxma

İranda son sutka ərzində daha 6 045 nəfərdə koronavirus aşkarlanıb, 101 nəfər vəfat edib. Bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 1 237 474-ə, virus qurbanlarının sayı isə 55 438-ə yüksəlib.
İndiyədək 1 004 326 nəfər sağalıb.