İtkin düşmüş 2 erməni əsgəri tapıldı

Rusiyalı sülhməramlılar itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını taparaq təhvil veriblər.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, dekabrın 21-də Hadrutda itkin düşmüş hərbçilərin axtarışı üzrə ortaq qrup iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verib.
Rusiya MN sözçüsü itkin düşmüş şəxslərin axtarışlarının davam etdiyini və indiyədək “qaynar xətt”ə 528 müraciətin daxil olduğunu bildirib.