Kapitolidə yaralanan polislərin sayı açıqlandı

ABŞ-da Konqres binası Kapitolidə baş vermiş iğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.
Bu barədə Kapitoli polisinin rəhbəri Stiven Sund bildirib.
“50-dən çox polis əməkdaşı Kapitoliyə hücum zamanı yaralanıb. Onlardan bir neçə zabit ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib”, — deyə Sund qeyd edib.
Qeyd edək ki, dünən Donald Trampın tərəfdarları zorla Kapitoliyə daixl olmuşdular. Nəticədə qarşıdurma olmuş, 4 nəfər ölmüş, xeyli sayda insan yaralanmışdı.