Buta Ukrayna

İnformasiya portalı

Koronavirusun yeni ştammı ABŞ-da da ortaya çıxdı

Mütəxəssislər ABŞ-ın Kolorado ştatında koronavirusun yeni ştammına ilk yoluxma halını qeydə alıblar.

Müvafiq bəyanatla ştatın qubernatoru Cared Polis çıxış edib.

“Bu gün biz Koloradoda daha əvvəl Birləşmiş Krallıqda aşkar edilmiş “COVID-19”un B.1.1.7 növünə ilk yoluxma halını müəyyən etdik”, — deyə o qeyd edib.