Məşhur türkiyəli aşpaz azərbaycanlı əsgərin VİDEOsunu paylaşdı

Türkiyənin məşhur aşpazı Burak Özdemir öz “Tvitter” hesabında onu təqlid edən azərbaycanlı əsgərin görüntülərini paylaşıb.
Aşpaz Burak kimi kameraya təbəssüm edərək, salat hazırlayan azərbaycanlı əsgərin videosu sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Burak Özdemir həmin videonu öz “Tvitter” hesabında “Salam olsun qardaşlara” qeydi ilə paylaşıb.