Buta Ukrayna

İnformasiya portalı

Mbappe ölkəsində ilin ən yaxşısı ola bilmədi

Biatlonçu Marten Furkad Fransada 2020-ci ilin ən yaxşı idmançısı seçilib.

«RTL France» biatlonçunun Kilian Mbappeni cüzi üstünlüklə qabaqladığını bildirib.

Furkad səslərin 22 faizini toplayıbsa, PSJ-nin ulduz hücumçusu respondentlərin 21 faizinin etimadını qazanaraq ikinciliklə kifayətlənib. İlk «üçlüy»ü 18 faiz səslə velosipedçi Jülian Alafilipp qapayıb.

Maraqlıdır ki, beşqat Olimpiya çempionu Furkad bu ilin mart ayında karyerasını bitirdiyini açıqlayıb. O, qazandığı mükafatların sayına görə biatlon tarixinin lideridir.