Buta Ukrayna

İnformasiya portalı

Messi «ilin dəyəri» seçilib

«Barselona”nın ulduz Lionel Messi mükafatlandırılıb.

Argentinalı hücumçu İspaniya Olimpiya Komitəsinin prezidenti Alexandro Blanko və La Liqanın prezidenti Xavyer Tebasın başçılıq etdiyi münsiflər heyətinin qərarı ilə 2020-ci ilin dəyəri seçilib.

Messi Barselonadakı dünyanın ən böyük uşaq xərçəng xəstəliyi mərkəzi olan Sant-Xoan de Deu xəstəxanasının tikintisinə 2,6 milyon avro yardımına görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, bu mükafat cəmiyyətə əhəmiyyətli töhfələr verən idmançılara verilir.