Buta Ukrayna

İnformasiya portalı

Millimizin baş məşqçisi: «Gənc futbolçulara yaşıl işıq yandırmalıyıq»

«Biz gənclərin keyfiyyətlərindən yararlanmağa cəhd etmək üçün cəsarət toplamalıyıq».

«Report»un məlumatına görə, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biazi «Tuttosport»a müsahibəsində söyləyib. İtaliyalı mütəxəssis qorxulu bir şeyin olmadığını bildirib: «Bu gün gənclər əvvəlki dövlərdən daha tez yetişirlər».

64 yaşlı baş məşqçi xatırladıb ki, gənclərə yaşıl işıq yandırmağın tərəfdarı olduğunu hələ «Torino»da ikən klub prezidenti Umberto Kayroya da deyib: «Mən gənclərdən ibarət kollektiv formalaşdıraraq, «Torino»nu sıfırdan qurmaq istəyirdim. Amma həmin vaxt bir şey çıxmadı. İndi isə komandanın heyətində 20 yaşlı vinger Vilfrid Sinqonu bəyənirəm. Ona güvənmək lazımdır».

Qeyd edək ki, Canni De Biazi «Torino»da üç dəfə — 2005-2006, 2007 və 2008-ci illərdə baş məşqçi kimi çalışıb.