Millimizin futbolçusu İspaniyada qol vurdu

Futbol üzrə İspaniya 2-ci liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.
Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Alkorkon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da 30-cu dəqiqədə İsrafilov vurub.
Qeyd edək ki, “Albasete” 22 oyuna topladığı 21 xalla 22 iştirakçı arasında 19-cu pillədə qərarlaşıb.