Buta Ukrayna

İnformasiya portalı

Navalnıya 30 sutka həbs verildi

Ximki şəhər məhkəməsi rusiyalı blogger Aleksey Navalnıya 30 sutka həbs cəzası verib.

Bu barədə Navalnının vəkili Vadim Kobzev Tvitterdə yazıb. Navalnı şərti cəzanın həqiqi cəza ilə əvəzlənib-edilməyəcəyinə dair qərar elan olunanadək istintaq təcridxanasında saxlanılacaq. Qərarın elan olunacağı proses yanvarın 29-da Moskvanın Simonovski məhkəməsində baş tutacaq.

Qeyd edək ki, Navalnıya qarşı iki şərti hökm irəli sürülüb. Bunlardan biri “Kirovles” işidir. Blogger bununla bağlı 16 milyon rubl mənimsədə ittiham olunur. “İv Roşe” işinə görə isə Navalnıya qarşı 30 milyon rubldan çox mənimsəmə iddiası qaldırılıb. Blogger bu iddiaların heç biri ilə razılaşmır.