Özil: «Peşman deyiləm, Vengerli vaxtları xatırlayacam»

Bu qış «Arsenal»dan ayrılması gözlənilən Məsut Özil «Twitter»də paylaşım edib.
Almaniya millisinin sabiq üzvü London təmsilçisinə keçdiyi üçün heç vaxt üzülmədiyini açıqlayıb:
«Arsenal»a keçdiyim üçün heç vaxt peşman olmamışam. Hə, enişli-yoxuşlu günlərim çox olub. Amma buna görə təəssüflənmirəm. Koronavirus üzündən yaranan məlum fasiləyə qədər hər şey qaydasında idi. Oyunlara çıxır, klubda keçirdiyim vaxtdan zövq alırdım. Amma həmin fasilədən sonra hər şey dəyişdi».
«Topçular»ın heyətindən kənarda qalan türk futbolçu fransız mütəxəssis Arsen Venger haqda ürək sözlərini də bölüşüb:
«Arsen Venger mənim üçün xüsusi məşqçidir. O, çoxsaylı titulları olan dahi mütəxəssisdir. Vengerə böyük hörmətim var. Dahi məşqçi və düzgün insandır. «Arsenal»da keçirdiyim uğurlu dönəmdə onun payı danılmazdır. O vaxtları hər zaman xatırlayacam».
Qeyd edək ki, Özil «Arsenal»a 2013-cü ildə «Real»dan tranfer olunub. London klubu bu mövsüm üçün sifariş etmədiyi yarımmüdafiəçiyə görə Madrid təmsilçisinə 57 milyon avro ödəyib.