Buta Ukrayna

İnformasiya portalı

Paşinyan parlamentə güllə keçirməyən jiletdə gəldi — FOTO

Erməni politoloq və hüquqşünas Robert Makaryan Baş nazir Nikol Paşinyanın Ermənistan parlamentinin iclasına güllə keçirməyən jilet geyindiyini iddia edir.

“Parlamentin «Hökumət saatı»nda ali baş qorxaqın (Paşinyan — red.) üzərində güllə keçirməyən jilet vardı. Video görüntülərindən onun köynəyin altından bir şey geyindiyi açıq sezilirdi”, — Makaryan deyib.

Paşinyanın bu addımı sosial mediada erməni jurnalistlər və ictimaiyyət tərəfindən də bir mənalı qarşılanmayıb. Parlamentə güllə keçirməyən jilet geyinərək gəlməyi erməni bloger və jurnalistlər qorxaqlıq adlandırıblar.