Buta Ukrayna

İnformasiya portalı

Putin 12 il sonra Davosda çıxış edəcək

Rusiya Prezidenti Vladimir Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.

Bu barədə “RİA Novosti”yə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putinin çıxışı açıq formada olacaq. Müzakirələrə gəlincə, onlar adətən qapalı rejimdə keçirilir”, — deyə Peskov bildirib.

Qeyd edək ki, Vladimir Putin sonuncu dəfə Davos Dünya İqtisadi Forumunda 2009-cu ildə çıxış edib.