“Qalatasaray” İngiltərədən daha iki futbolçu transfer edir

«Qalatasaray” daha iki futbolçunun keçidini həll etməyə yaxındı.
İstanbul klunu bu dəfə müdafiənin sağ cinahını və yarımmüdafiə xəttini gücləndirmək niyyətindədi. «Cim-Bom” «Nyukasl”ın müdafiəçisi Deandre Yedlin üçün Premyer Liqa təmsilçisini gözləyir. Türklərlə 3,5 illik şəxsi müqaviləni razılaşdıran ABŞ millisinin üzvü «Nyukasl”dan transfer vərəqəsini almağa çalışır.
İtaliya mətbuatı isə «Benfika”nın yarımmüdafiəçisi Gedson Fernandesin «Cim-Bom”un formasını geyinməyə hazırlaşdığını yazıb. Hazırda «Tottenhem”də icarə əsasında çıxış edən portuqaliyalı Premyer Liqa klubunda nadir hallarda meydana çıxır. Bu səbəbdən londonlular 22 yaşlı oyunçunun icarə müqaviləsinə xitam verməyi planlaşdırır. Bu baş verərsə, Gedsonu «Qalatasaray” mövsümün sonuna qədər icarəyə götürəcək.
Qeyd edək ki, hələlik Halil Dərvişoğlu və Henri Onyekurunun transferini rəsmiləşdirən «Qalatasaray” Misir klubu «Zamalek”in hücumçusu Mustafa Məhəmmədlə də ilkin razılığa gəlib.