Buta Ukrayna

İnformasiya portalı

“Qalatasaray”dan yeni transfer

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi İngiltərənin “Brentford” klubunun hücumçusu Halil Dervişoğlunu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 21 yaşlı futbolçunun transferi ilə bağlı onun klubu və özü ilə danışıqlara start verildiyi diqqətə çatdırılıb. Halil Dervişoğlu artıq İstanbula gəlib. Onun qısa zamanda tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.

Qeyd edək ki, Halil Dervişoğlu Rotterdam “Sparta”sının (Niderland) yetirməsidir. Hücumçu 2020-ci ildə “Brentford”a transfer edilsə də, yenidən Niderlanda qayıdıb və “Tvente”də icarədə oynayıb. Niderlandda dünyaya göz açmasına baxmayaraq, Dervişoğlu Türkiyənin U-19 və U-21 yığmalarında oynayıb.