Rəsmi Moskvadan ABŞ açıqlaması

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ seçki sistemini tənqid edib.
O, bu barədə ABŞ-dakı hadisələri şərh edərkən bildirib. XİN rəsmisi Vaşinqtonda baş verən iğtişaşların ölkənin daxili işləri olduğunu deyib:
“ABŞ-dakı seçki sistemi arxaikdir, saysız-hesabsız qanun pozuntularına imkan yaradaraq çağdaş demokratik standartlara cavab verə bilmir”.
Amerika KİV-nin cəmiyyətin bölünməsinə səbəb olan siyasi mübarizənin bir vasitəsi halına gəldiyini qeyd edən Zaxarova “dost Amerika xalqına bu dramatik anı tez unutmağı diləyirik”,- deyə vurğulayıb.