Buta Ukrayna

İnformasiya portalı

«Real»ın ulduzu məhkəmə qarşısında — İntim video qalmaqalı

«Real»ın futbolçusu Kərim Benzema məhkəmə qarşısına çıxacaq.

34 yaşlı fransalı forvard Yunanıstanln «Olimpiakos» klubunda çıxış edən həmyerlisi Matyu Valbuenanı şantaj etməkdə ittiham olunur.

İddiaya görə, Benzema 2015-ci ildə Valbuenanı intim videosunun yayılmamasından ötrü şantajçılara pul ödəməyə təhrik edib.

Qalmaqal səbəbindən hər iki oyunçu Fransa millisinin 2016-cı il Avropa çempionatına aparılan heyətindən kənarlaşdırılıb. Benzema o vaxtdan yığmaya dəvət almır.