Rusiya XİN-in binasından 1 milyon dollar oğurlanıb

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) binasından 2019-cu ildə 1 milyon dollar oğurlanıb.
Məlumatı “Ren TV” öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, İrandakı konsulluq xidmətlərindən XİN 1,5 milyon dollar əldə edib. Bu vəsait diplomatik poçtla XİN-ə göndərilib.
Daha sonra bu vəsaiti XİN-in qadın əməkdaşı və onun sevgilisi oğurlayıb. Pulu oğurlayan cütlüyün hələ də azadlıqda olduğu bildirilib. Oğurlanan vəsaitin 1066638 dollar dollar olduğu qeyd edilib.