Buta Ukrayna

İnformasiya portalı

Rusiyada da “Britaniya” ştammına rast gəlindi

Rusiyada koronavirusun “Britaniya” ştammına ilk yoluxma halı qeydə alınıb.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti – “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib. O bildirib ki, virusun mutasiyası Böyük Britaniyadan qayıtmış Rusiya vətəndaşlarının müayinəsi zamanı bir nəfərdə aşkarlanıb.

Qeyd edək ki, dekabrın ortalarında Böyük Britaniyada aşkarlanmış SARS-CoV-2 mutasiyası 70% daha çox yoluxma sürətinə malikdir.