Buta Ukrayna

İnformasiya portalı

Rusiyada Navalnının həbsinə etiraz aksiyaları keçirilir — FOTO

Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Rusiyanın Vladivostok, Cənubi-Saxalin, Yakutsk, Xabarovsk və digər şəhərlərində aksiyalar keçirilib.

Aksiyalar zamanı saxlanılanlar var. Navalnının tərəfdarları Moskvada da aksiyaya çağırış ediblər. Bu səbəbdən Rusiyanın hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Puşkin meydanında təhlükəsizlik tədbirlərini gücləndirib. Razılaşdırılmamış aksiyaların keçirilməsi ilə bağlı insanlara xəbərdarlıq olunub və onların məsuliyyətə cəlb olunacaqları deyilib.

Qeyd edək ki, Aleksey Navalnıya yanvarın 18-də 30 sutkalıq həbs cəzası verilib.