Sabirabadda qəza zamanı xəsarət alan İmişli sakini dünyasını dəyişib

Sabirabadda qəza zamanı ağır xəsarət alan İmişli sakini dünyasını dəyişib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dekabrın 31-də Sabirabad-Saatlı yolunun Qalağayın kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
“VAZ 2107” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə Xaçmaz sakini, 1996-cı il təvəllüdlü İsmayılov Tərlan Süleyman oğlu və İmişli sakini, 28 yaşlı Şükürzadə Toğrul Cənnət oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib.