Buta Ukrayna

İnformasiya portalı

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi FOTO

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti görüşünü keçirib.

33 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Azərbaycanlı qrossmeyster bu mərhələdə erməni rəqibi üzərində 2,5 , 1,5 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 200 min dollar mükafat fondu olan turnirdə 12 şahmatçı mübarizəyə başlayıb. Dairəvi sistemlə keçirilən ilk mərhələdən sonra 8 iştirakçı nokaut sistemi ilə yarışı davam etdirib. Turnirin qalibi 60 min dollar qazanacaq.